EN

"Neftçi" yeni formasını "Zəfər Günü"nə həsr etdi -VİDEO/FOTOLAR

"Neftçi" yeni səfər formasını təqdim edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi yeni köynəyini 8 noyabr - Zəfər Gününə həsr edib.

"Kappa" tərəfindən hazırlanan forma əsasən ağ rəngdən ibarətdir. "Ağ-qaralar" bu geyimdən növbəti mövsümdə istifadə edəcək.

Qeyd edək ki, "Neftçi" ev formasını komandanın əfsanəvi futbolçusu Anatoli Banişevskiyə həsr etmişdi.

 

Chosen
42
fanat.az

1Sources