Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, tikintisinə başlanılan “Dərnəgül” elektrik deposunda da işlər plan üzrə icra edilir:
“Deponun birinci mərhələsi istismara verildikdən sonra bu depo Yaşıl xətt üzrə minimal tələblər səviyyəsində qatarların saxlanılması, texniki qulluğu və təmiri üçün istifadə olunacaq. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir”.
Cavidan Mirzəzadə
Demokrat.az