EN

Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları bilindi

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin iştirakçıları məlumdur.

26-27 iyul gənclər şəhəri Sumqayıtda 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək. Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 komanda iştirak edəcək. Onlardan 12-si milli: Azərbaycan, Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya, 4-ü isə klub: “Karolina”(Puerto Riko), “Pekin” (Çin),“Takasaki”(Yaponiya), “CS Rapid”(Rumıniya) komandalarıdır.

Qeyd edək ki, Sumqayıt mərhələsinin oyunları şəhər dənizkənarı bulvarında baş tutacaq.

Chosen
64
7
teleqraf.com

8Sources