EN

Rusiyalı MMA döyüşçüsünə hücumla bağlı iş açılıb

Dağıstanda müstəntiqlər MMA döyüşçüsü Timur Xizriyevə silahlı hücumla bağlı iş açıblar.

NOCOMMENT.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü (“Xuliqanlıq”) maddəsi ilə iş açılıb. Xızrıyev artıq əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur.

Bundan əvvəl internetdə MMA döyüşçüsünə atəş açmaqda şübhəli bilinən şəxsin fotosu yayılıb .

Xizriyevə travmatik tapançadan bir neçə dəfə atəş açılıb . Hadisə Moskva vaxtı ilə saat 23:40 radələrində Mahaçqalada baş verib. İdmançı Daniyalov küçəsindəki evinə gəlib avtomobilindən düşən zaman naməlum maskalı şəxslər atəş açıb. Ümumilikdə təxminən on atəş açılıb.

Chosen
60
nocomment.az

1Sources