"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer PSJ-nin maraq dairəsinə düşüb...
Poliqon xəbər verir ki, bu barədə Fichajes portalı yazıb.
Nəşr iddia edir ki, 23 yaşlı ingilis üçün Paris klubunun rəhbərliyi yeni transfer rekordu qırmağa və 250 milyon avro ödəməyə hazırdır.
Hazırda tarixin ən bahalı transferi PSJ-nin aktivindədir: 2017-ci ildə Paris klubu braziliyalı Neymarın "Barselona"dan transferi üçün 222 milyon avro ödəyib.
2023-cü ildə Palmer 47 milyon avroya "Mançester Siti"dən "Çelsi"yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb. Yarımmüdafiəçi "mavilər"in heyətində 97 oyun keçirib, 43 qol vurub və 29 məhsuldar ötürmə edib.
Poliqon.info