2026-cı il yanvarın 26-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının Baş Assambleyası keçiriləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
“Yanvarın 26-da Daşkənddə qitəmizin idmanında baş verən mühüm hadisələrin müzakirəsi ilə bağlı tədbir keçiriləcək”, - deyə məlumatda deyilir. Bu Baş Assambleyada Asiya Olimpiya Şurasının prezidentliyinə seçkilər keçiriləcək.
Qeyd edək ki, Baş Assambleya qitənin 45 ölkəsinin Milli Olimpiya Komitələrinin nümayəndələrinin iştirak etdiyi Asiya Olimpiya Şurasının ali idarəetmə orqanıdır. Burada Asiya idmanı ilə bağlı mühüm qərarlar, qitədə idman siyasəti və perspektiv istiqamətlər müzakirə olunacaq.
Məlumat üçün qeyd edək ki, 2022-ci ildə Daşkənd Asiya Olimpiya Şurasının İcraiyyə Komitəsinin iclasına uğurla ev sahibliyi edib.
Süleyman