EN

Tanışını 50 manata görə öldürən şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə 50 manata görə tanışını bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Rauf Salayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: Hadisə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

 

Belə ki, Rauf Salayev 50 manat pula görə tanışı Qoşqar Qarazadə ilə dava edib. Bu zaman o, onları ayırmağa gələn Həsən Hudulovu bıçaqlayaraq öldürüb.

 

Rauf Salayevə qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2025, 08:04   
Chosen
15
1
pravda.az

2Sources