EN

FIFA DÇ-2026-ya bilet satışının tarixini açıqladı

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) futbol üzrə 2026-cı il dünya çempionatına bilet satışının tarixini açıqlayıb.

Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir.

DÇ-2026-ya biletlərin satışı 2025-ci ilin sentyabr ayının 10-dan etibarən başlayacaq.

Müvafiq tarixdən etibarən, azarkeşlər biletlərin əldə ediməsi üçün ərizə verə biləcəklər. Əgər ərizələrin sayı biletlərin sayından çox olarsa, biletlərin sahibləri təsadüfi surtədə müəyyənləşdiriləcək. Tələbatın yüksək olmasını nəzərə alaraq, biletlərin tədricən satışa çıxarılması nəzərdə tutulub.

Vurğulanır ki, qələbəliyi nəzərə alaraq, FIFA bilet almaq istəyən şəxslərə təşkilatın saytındakı müvafiq bölmədə öncədən qeydiyyatdan keçməyi və xüsusi müəyyənləşdirici əldə etməyi məsləht görür ki, bunsuz biletlərin alınması mümkün olmayacaq.

Xatırladaq ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. 48 komandanın iştirakı ilə təşkil ediləcək yarış 2026-cı ilin iyun-iyul aylarında baş tutacaq.

Chosen
114
arena.az

1Sources