EN

Nikol Paşinyan Azərbaycan-Ermənistan sülh sazişi barədə

Azərbaycan və Ermənistan sülh sazişini imzalamazdan əvvəl paraflaya bilər. Bunu iyulun 16-da keçirdiyi mətbuat konfransında ER baş naziri Nikol Paşinyan deyib.

O vurğulayıb ki, İrəvan sülh müqaviləsinin imzalanması yolunda heç bir fürsəti əldən vermir: “İlkin imzalanma ideyası da gündəmdədir və bu menyuda nəzərdən keçirilən variantlardan biridir. Bu, tək deyil və müəyyən şərtlərdə məqbul və real ola bilər, digərləri üçün isə o qədər də real deyil”, – Ermənistan hökumətinin başçısı bildirib.

O, tərəflərin sülh müqaviləsi layihəsinin mətni və dövlətlərarası münasibətlərin qurulması ilə bağlı razılığa gəldiyini, mətn üzrə danışıqların yekunlaşdığını da diqqətə çatdırıb: “İndi əslində bu və ya digər başlıq altında, elan edilmiş və ya elan olunmadan, Azərbaycanla necə irəliləyəcəyik, yol xəritəsinin nə ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq”, – Nikol Paşinyan vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
36
editor.az

1Sources