Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson “New York Post” qəzetinə müsahibəsində deyib.
Conson Trampla Maskı barışdırmağa çalışdığını, bu məqsədlə mübahisədən sonra milyarderlə əlaqə saxlamağa cəhd etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ lideri də barışığın əleyhinə olmayıb: “Mən ona geniş mesaj göndərdim, sonra onun telefon nömrəsi dəyişdi. Başa düşdüm ki, bu mesajı harasa göndərmişəm və o, heç oxumayıb”.
M. Conson, həmçinin əlavə edib ki, üçüncü şəxs vasitəsilə Maskla əlaqə saxlamağa nail olub.
Bundan əvvəl isə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və Ağ Evin aparat rəhbəri Syuzan Uaylsın Maska zəng vuraraq onu Trampla mübahisəni dayandırmağa çağırdıqları bildirilirdi.
4Sources
-
yeniavaz.comTrampla mübahisədən sonra telefon nömrəsini dəyişdi ( 19345216)
-
cebheinfo.azTrampla davasından sonra telefon nömrəsini dəyişdi ( 19339918)
-
demokrat.azTrampla davasından sonra telefon nömrəsini dəyişdi ( 19339045)
-
qafqazinfo.azTrampla davasından sonra telefon nömrəsini dəyişdi ( 19338337)