AZ

Trampla mübahisədən sonra telefon nömrəsini dəyişdi


“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun mesajlarına cavab verməyib və onun telefon nömrəsi dəyişib.
Yeniavaz.com
xəbər verir ki, Conson bu barədə “New York Post” qəzetinə bildirib.
O, Tramp və Maskı barışdırmağa çalışdığını bildirib. Consonun sözlərinə görə, mübahisədən sonra sahibkarla əlaqə saxlamağa çalışıb. Bundan əlavə, ABŞ Prezidenti də bunun əleyhinə olmayıb.
”Mən ona (İlon Maska) uzun mesaj göndərdim və sonra onun telefon nömrəsi dəyişdi. Başa düşdüm ki, bu mesajı harasa göndərmişəm və o, heç oxumayıb”, - Conson qeyd edib.
Bununla belə, o əlavə edib ki, üçüncü şəxs vasitəsilə Maskla əlaqə saxlamağa nail olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin və Ağ Evin rəhbəri Syuzan Uaylsın da Maska zəng vuraraq, onu Trampla mübahisəni dayandırmağa çağırdıqları bildirilib.
Seçilən
71
4
yeniavaz.com

5Mənbələr