EN

Reper "Epi"nin saxlanılma səbəbi MƏLUM OLDU

Bakıda polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan "Epi" ləqəbli reper Əkbər Novruzlunun saxlanma səbəbi məlum olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, araşdırmalarla Ə.Novruzlunun narkotik vasitə istifadəçisi olduğu üzə çıxıb.

O, həmin fakta görə saxlanılıb.

*** 14:05

Epi adı ilə tanınan reper Əkbər Novruzlunu polis saxlayıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, onun saxlanılmasına bir neçə gün əvvəl Bakıda keçirilən kütləvi tədbirlərin birində səsləndirdiyi repdə söyüş və əxlaqsız ifadələrin yer almasının səbəb olduğu bildirilir.

Tədbir zamanı açıq məkanda ifa edilən həmin rep sosial şəbəkələrdə yayılıb, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda reperlə bağlı araşdırma aparılır.

Chosen
64
4
far.az

5Sources