EN

“Vest Hem” Əl-Hacı Malik Diufu satın aldı

“Vest Hem” 20 yaşlı seneqallı sol yarımmüdafiəçi Əl-Hacı Malik Diufu Praqa “Slaviya”sından tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Vest Hem”in rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.

Keçid “çəkicdöyənlər”ə 22 milyon avro məbləğ müqabilində başa gəlib.

Əl-Hacı Malik Diuf yerli “Mavade Vade”nin məzunudur. Yarımmüdafiəçi, karyerası ərzində “Tromsö” və “Slaviya”da çıxış edib.

Geridə qalmış mövsümdə Diuf “Slaviya” üçün 41 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib.

Malik Diuf 2024-cü ilin sentyabr ayında debüt etdiyi Seneqal yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 6 oyun keçirib.

Diufun qənimətlər muzeyində “Slaviya” ilə qazandığı Çexiya çempionluğu (2024/2025) var.

“Transfermarkt” internet-portalı 20 yaşlı seneqallı sol yarımmüdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Chosen
45
arena.az

1Sources