EN

Zelenski: “Putin ABŞ-dən qorxur” | VİDEO

AzVision.az xəbər verir ki, Zelenski buna sübut kimi ABŞ prezidentinin elçisi Kit Kelloq və digər rəsmilərin Ukrayna paytaxtına səfəri zamanı Rusiyanın Kiyevi atəşə tutmasının intensivliyinin azaldığını göstərib.

“Kelloqq gəldi və iki gecə ardıcıl olaraq heç bir kütləvi partlayış baş vermədi. Bu, çox maraqlı bir nümunədir. İnsanlar artıq bununla bağlı zarafatlaşırlar - deyirlər ki, biz Kelloqa Ukrayna pasportunu verib, onu burada saxlayaq, amerikalılar da bizə tez-tez gəlsinlər. Onda Rusiya daha az bombardman edəcək”, - Ukrayna lideri bildirib.

Zelenskinin fikrincə, bu, o deməkdir ki, belədəRusiya Ukraynanı daha az bombalayacaq. Çünki Putin qəsdən dinc insanları bombalayır. Amma amerikalılar Ukraynada olanda bunu etmir. Yəni qorxudur, şantaj edir, gərginlik yaradır, amma tam eskalasiyaya getmir.

Bu isə, istənilən halda Putinin Amerikadan qorxmasının göstəricisidir. Ukrayna prezidentinin iddiasına görə, o, bunu hər yerdə, hətta ABŞ prezidenti Donald Trampa da deyib.


Sahil İsgəndərov
AzVision.az
Chosen
75
50
azvision.az

10Sources