EN

Rusiya Polşa zavodunu VURDU: Ölənlər var - VİDEO

Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatları Ukraynanın Vinnitsa vilayətində yerləşən Polşa zavodunu hədəfə alıb.
 
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkədə məlumat verib.
 
Onun sözlərinə görə, parket lövhələri istehsal edən “Barlinek Group” zavoduna zərbə qəsdən endirilib və hücum üç müxtəlif istiqamətdən həyata keçirilib.
 
Hücum nəticəsində azı 3 nəfər xəsarət alıb.
 
“Putinin cinayətkar müharibəsi sərhədlərimizə yaxınlaşır”, – deyə Polşa XİN rəhbəri bəyan edib.

 

Chosen
58
50
moderator.az

10Sources