EN

Paşinyan Trampın Vardanyanla bağlı iddiasını rədd edib? – Rəsmi 

  Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Bakıda həbsdə saxlanılan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla bağlı təklifi rədd etməsi iddiasına münasibət bildirib.

Referans xəbər verir ki, Paşinyan Bakıda həbsdə olan “artsax rəsmiləri” ilə bağlı məsələnin diqqət mərkəzində olduğunu deyib.

Lakin o, Vardanyanla bağlı suallara cavab verməkdən yayınıb. “Hansı nəşrin məqaləsindən danışdığınızı bilmirəm, oxumamışam, xəbərim yoxdur. Şərh etmək də istəmirəm”, – baş nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın azadlığa buraxılması üçün Bakı ilə danışıqlara başlamaq təklifinə müsbət yanaşdığına dair məlumat yayılıb. İddialara görə, Tramp bunun üçün Ermənistan hökumətinin Ağ Evə rəsmi müraciət ünvanlamalı olduğunu deyib. Lakin Paşinyan təklifi rədd edib və məsələnin Azərbaycanla sülh dqanışıqlarına zərər gətirə biləcəyini söyləyib.

/Globalinfo.az

Chosen
44
referans.az

1Sources