EN

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

CÉ™lilabad rayonunun Zopun kÉ™ndi istiqamÉ™tindÉ™ daÄŸlıq É™razidÉ™ baÅŸ verÉ™n yanğın tam söndürülüb.


Bu barÉ™dÉ™ Sfera.az-a FövqÉ™ladÉ™ Hallar NazirliyindÉ™n mÉ™lumat verilib.

 

Bildirilib ki, yanğın nəticəsində meşə təsərrüfatına məxsus ərazidə 1.5 hektar sahədə kol-kos və kənd bələdiyyəsinə məxsus ərazidə 150 hektar sahədə quru ot, kol-kos yanıb.


Meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak edib.

Chosen
14
19
sfera.az

10Sources