EN

Sabiq icra başçısı Prezidentdən əfv edilməsini xahiş edib

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov prezident İlham Əliyevə əfv ərizəsi yazıb.

AzPost bildirir ki, bu barədə Gununsesi.info-ya sabiq başçının yaxınları deyib.

Onların sözlərinə görə, Məmmədov öz müraciətində dövlət başçısına və dövlətçiliyə sədaqətindən söz salıb.

O, həmçinin 4 ildən artıqdır ki, həbsdə olmasını və səhhətindəki problemləri nəzərə alaraq prezidentdən onu azadlığa buraxmasını xahiş edib.

Qeyd edək ki, Alimpa.a Məmmədov korrupsiya cinayətlərinə görə həbs edilib.

AzPost.az

Chosen
50
1
azpost.info

2Sources