EN

“XIX əsr İrəvan mətbəxi” Qrant layihəsinin təqdimatının nəzəri hissəsi keçirildi - FOTOLAR

15 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin Azərbaycan Milli Kulinariya Assosiasiyasındakı “aşbaz” və “qənnadçı, şirniyyatçı” ilk peşə hazırlıq kurslarında Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin “XIX əsr İrəvan mətbəxi” Qrant layihəsinin təqdimatının nəzəri hissəsi keçirildi.

QHT.az xəbər verir ki, təqdimatda çıxış edənlər Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin dəstəyi ilə nəşr olunmuş “Qərbi Azərbaycanın şirin inciləri”, 2021-ci ildə Parisdə Dünyanın ən yaxşı kitabı olmuş və yenicə İngiliscə nəşr edilmiş “İrəvan xanlığı bölgə mətbəxi” kitablarından, bunların davamı olan 3-cü kitabın qrant layihəsinin əsasında hazırlandığından danışdılar. Ayrıca kitablardakı mətn haqqında söhbət açdılar. Çıxış edən AMKA-nın prezidenti Tahir Əmiraslanov ölkə Prezidentinin rəhbərliyi ilə Qərbi Azərbaycana böyük qayıdışa hazırlıq getdiyini qeyd etdi və söylədi ki, “Qarabağa qayıdışda olduğu kimi bu qayıdışda da öz dədə-baba yurduna yalnız əhalimiz deyil, həm də mədəniyyətimiz və mədəniyyətimizi qoruyan, özündə əks etdirən milli mətbəx də qayıdacaq. Həyata keçirdiyimiz bu layihələr, bu kitablar məhz bu məqsədə xidmət edir”.

Sonra aşpazlıq kursların müəllimi Əməkdar Mədəniyyət İşçisi “İrəvan xanlığı bölgə mətbəxi” kitabın müəlliflərindən biri Oruc Əliyev çıxış etdi. Digər çıxış edən "Qərbi Azərbaycanın şirin inciləri” kitabın əsas mənbələrdən olan Elmira xanım Hüseynova və qənnadıçı-şirniyyatçı kursların müəllimlərindən Leyla xanım Rəhimli Qərbi Azərbaycan mətbəxinin özəlliklərindən danışdılar.

17 iyul 2025-ci il tarixində müdavimlər layihənin təcrübə hissəsində iştirak edəcəklər və sertifikatlar alacaqlar.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Prezident Administrasiyasına bu işə göstərdikləri diqqətə və AMKA-ya göstərdikləri yüksək etimada görə təşəkkür bildirildi.

Chosen
43
2
qht.az

3Sources