Goranboy rayonunda tanışlar arasında dava olub...
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Veyisli kəndində baş verib.
Kənd sakinləri Turac Zeynalov, Elşad Abuzərov və Elbəyi Mustafayev kənd ərazisində yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Hadisə nəticəsində hər üç şəxs yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.
Poliqon.info