EN

Polis 2 tondan artıq narkotik vasitəni məhv etdi

BAKI, 16 iyul. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində ötən gün ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitən 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Chosen
41
15
teleqraf.com

10Sources