EN

UFC Ağ Evdə möhtəşəm gecə planlaşdırır

"Hər kəs bu tədbirin bir hissəsi olmaq istəyir. Ağ Ev turniri üçün əla bir siyahı hazırlaya bilərik".

İdman.biz xəər verir ki, bunu UFC prezidenti Dana Uayt Ağ Evdə 2026-cı ildə keçirilməsi planlaşdırılan qarışıq döyüş növləri turniri ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, tədbirin möhtəşəm keçəcəyini vurğulayıb: "Tramp və mən bu döyüşlər üçün nə edə bilərik? Bu, Las-Veqasda etdiklərimizə bənzər, yalnız daha geniş miqyasda xüsusi bir şey olacaq. Bir daha belə bir tədbir olmayacaq".

Qeyd edək ki, iyulun 4-də ABŞ prezidenti Donald Tramp Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunmuş tədbirdə UFC turnirinin Ağ Evin ərazisində keçiriləcəyini bildirib.

İdman.biz

Chosen
84
1
idman.biz

2Sources