EN

“Neftçi” ayağının tozuyla “pan” torpağında - FOTOREPORTAJ

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.

Polşaya yola düşən komandamızın üzvləri Keltse şəhərində axşam məşqinə çıxıblar.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Binkovski Hotel”də məskunlaşan “ağ-qaralar” burada 4 yoxlama oyunu keçirəcək.

Baş məşqçi Samir Abasovun yetirmələri iyulun 17-də “Hapoel Təl-Əviv” (İsrail), 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaqlar.

Toplanışın ikinci mərhələsi avqustun 2-dək davam edəcək.

Chosen
21
4
sportinfo.az

10Sources