AZ

“Neftçi”nin yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib

Bakı. Trend:

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışıçərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibimüəyyənləşib.

Klubun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Ağ-qaralar”iyulun 17-də İsrailin “Hapoel Təl-Əviv”, ayın 22-də isə Polşanın“Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.

Qeyd edilib ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan“Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib.Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dəkPolşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandamızın digər yoxlamagörüşləri iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun1-də isə AEL (Kipr) klubuna qarşı olacaq”, - deyə məlumatdavurğulanıb.

Seçilən
14
25
az.trend.az

10Mənbələr