BAKI. 16 iyul. TELEQRAF
İldırımın Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzini vurmasını anı kameralarla görüntülənib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.
Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi ABŞ-nin ən hündür binasıdır. Onun hündürlüyü 541 m təşkil edir.
Qeyd olunur ki, ABŞ-nin iqtisadi paytaxtında ildırım nadir hadisə hesab olunur və yalnız temperatur 32℃-yə yaxınlaşdıqda baş verir.