EN

NATO-nun Baş katibi Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb

NATO-nun Baş katibi Mark Rutte Çin, Hindistan və Braziliyanı Rusiyaya təzyiq göstərməyə çağırıb.

Operativ Media “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, M.Rutte Rusiya ilə ticarət əlaqələrini davam etdirəcəyi təqdirdə Braziliya, Çin və Hindistanın ikinci dərəcəli sanksiyalardan ciddi şəkildə zərər görə biləcəyini deyib: “Ona görə də, zəhmət olmasa, Vladimir Putinə zəng edin və ona deyin ki, o, ciddi şəkildə sülh danışıqlarına başlamalıdır. Əks halda bunun Braziliya, Hindistan və Çin üçün ağır nəticələri olacaq”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə sülh sazişi əldə olunmasa, Rusiya məhsullarını alan ölkələrə qarşı 100 faizlik ikinci dərəcəli gömrük rüsumlarının tətbiq olunacağını açıqlayıb

Chosen
89
5
operativmedia.az

10Sources