EN

Qış Olimpiya Oyunlarının medallarının təqdimatı olub

2026-cı ildə İtaliyada keçiriləcək XXV Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsindən açıqlama yayılıb.

Milan və Kortina-d Ampetsonun ev sahibliyi edəcək turnirin medalları Venesiyada keçirilən rəsmi mərasimdə nümayş edilib.
 

"Istituto Poligrafico e Zecca dello Stato" (IPZS) tərəfindən hazırlanmış medal iki hissədən ibarətdir. Bir hissədə bu yolda dəstək olanlar hamısı - tədbir təşkilatçıları, könüllülər, texniki işçilər, sənətkarlar və digər tərəfində isə Milan və Kortina şəhərlərinin özündə əks etdirir.


Qeyd edək ki, Qış Olimpiya və Paraimpiya Oyunları gələn il fevralın 6-22-də təşkil olunacaq. Yarışda 116 dəst medal öz sahibini tapacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
58
1
bizim.media

2Sources