EN

Azərbaycan klubu “Challenge Cup”da Balkan Kubokunun qalibi ilə üz-üzə gələcək

Azərbaycanı “Challenge Cup”da təmsil edəcək kişilərdən ibarət “Xilasedici" voleybol klubunun potensial rəqibi müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Lüksemburqda baş tutan püşkatma mərasimində təmsilçimizin Balkan Kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcəyi bəlli olub.

Avrokuboklarda debüt edəcək “Xilasedici” mübarizəyə 1/32 finaldan start verəcək. Komandaların birinci oyunu noyabrın 11-13-nə, cavab matçı bir həftə sonraya təsadüf edəcək.

Chosen
68
2
90deqiqe.az

3Sources