EN

Yıldız Tilbe-nin makiyajsız halı gündəmə gəldi - FOTO

Yıldız

Yıldız Tilbe bu dəfə makiyajsız halı ilə obyektivlərə əks olundu. Tətil zamanı bronzlaşmış dərisi, bandanası və sadə geyimi ilə görüntülənən ustad sənətçi, təbii görünüşü ilə sosial mediada səmimi şərhlər aldı.Sahnədəki enerjisi və özünəməxsus üslubuyla tez-tez gündəmə gələn ustad sənətçi Yıldız Tilbe bu dəfə təbii görüntüsü ilə diqqət çəkdi.Musiqi karyerasındakı uğurları qədər özünəməxsus duruşu ilə də tanınan Tilbe, yay tətilini keçirərkən makiyajsız halda obyektivlərə tuş gəldi. Onlarla hit mahnı dünyaya bəxş edən, duyğulu sözləri və güclü ifası ilə qəlblərə yol tapmış Yıldız Tilbe son olaraq Bodrumda reper Çakal ilə verdiyi poza görə gündəmə gəldi.Günəşdən bronzlaşmış dərisi, başına bağladığı bandanası və sadə geyimi ilə poz verən Tilbe-nin təbii halı sosial mediada maraqla qarşılandı.Reper Çakal ilə poz verdi — "Yıldız Tilbe yenə çox səmimidir"YıldızTilbe-nin makiyajsız və bəzəksiz şəkildə insanların arasında olması izləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Bir çox istifadəçi “Həqiqi sənətçi təbii görünüşünü itirməyəndir” və “Yıldız Tilbe yenə çox səmimidir” kimi şərhlərlə sənətçinin içdən davranışlarını tərifləyib.Sahne geyimləri ilə olduğu qədər gündəlik həyatındakı sadəliyi ilə də danışılan Tilbe, təbii görünüşünü və səmimiyyətini qoruyaraq pərəstişkarlarının qəlbində öz yerini möhkəmləndirməyə davam edir.

Diqqət Çəkənlər

Milli mətbuatın 150 illiyinə töhfə: BDU və İİTKM-dən “İctimaiyyətlə əlaqələrin əsasları” təqdim edildi

Bir kart uğrunda qətl: Oğul anasını niyə öldürdü? - VİDEO

“Ermənistan Elektrik Şəbəkələri”ndə axtarışlar başa çatıb

Chosen
83
26
ulusum.az

10Sources