Bu gün voleybol üzrə Çempionlar Liqası, “CEV kuboku” və “Challenge Cup” yarışlarının püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli olub.

Yeni mövsümdə ölkəmizi avrokuboklarda iki komanda təmsil edəcək. Kişilərdən ibarət “Azərreyl” Çempionlar Liqasında, “Xilasedici” komandası isə “Challenge Cup”da mübarizə aparacaqlar. 

Çempionalar Liqasında debüt edəcək “Azərrey” yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq. Komandamızın bu mərhələdəki rəqibi Serbiyanın “Radniçki Kragujevaç” kollektivi olub.

Cütün ilk oyunu 21-23 oktyabr, cavab matçı isə 28-30 oktyabr tarixlərində keçiriləcək.

Avrokuboklarda debüt edəcək “Xilasedici” isə Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcək. Təmsilçimiz mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 11-13 noyabr, cavab görüşü isə 18-20 noyabr tarixlərində gerçəkləşəcək.