"Liverpul" klubu Aleksandr İsak üçün "Nyukasl"la danışıqlara başlayıb.

Offsideplus.az xəbər verir ki, Mersisayd klubunun hücum xətti üçün əsas hədəfi isveçli futbolçudur. Əgər bu, keçid baş tutmasa, o zaman onlar Hüqo Ekitikeyə yönələcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İsak transferində hər şey "Nyukasl"dan asılıdır. "Sağsağanlar" onu satmaq istəmir və yeni müqavilə imzalamağı düşünür.

"Liverpul" isə 25 yaşlı hücumçu üçün israr edir və ona görə rekord məbləğ ödəməyə hazırdır.