"Nyukasl" klubu "Brentford"un hücumçusu Yoan Vissanı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sağsağanlar" artıq danışıqlarda irəliləyib.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

"Nyukasl"ın hücum xətti üçün əsas hədəfi Hüqo Ekitike idi. Lakin fransalı hücumçu "Liverpul"a keçməyə yaxındır.

Vissa 2021-ci ildən "Brentford"da çıxış edir. O, burada 149 oyuna çıxıb və 49 qol vurub.