EN

Avropanın ən xoşbəxt təqaüdçüləri İsveçrədə yaşayır

Yazını böyüt
Yazını kiçilt

“Swiss Life”ın sifarişi ilə keçirilən sorğuya əsasən, İsveçrədə yaşayan 65-80 yaş arası insanların 80 faizi öz həyatından tam razı olduqlarını bildirib.

Hafta.az-ın yazdığına görə, onlar asudə vaxtlarını, sosial əlaqələrini, sağlamlığını, hərəkətliliyini və səyahətlərini əsasən müsbət qiymətləndiriblər.

Sorğuya əsasən, cütlüklər tək yaşayan insanlardan daha xoşbəxtdir. Lakin gender məsələsi, uşaq və ya nəvə sahibi olmanın heç bir fərqi yoxdur. Avropanın heç bir yerində təqaüdçülərin əksəriyyəti İsveçrədəki kimi həyatlarından bu dərəcədə məmnun deyillər.

Digər yaş qruplarında da isveçrəlilər digər avropalılardan daha xoşbəxtdirlər.

Chosen
70
hafta.az

1Sources