ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət gərginliyi sürətlə artmaqdadır.
ABŞ prezidenti Donald Trampın avqustun 1-dən etibarən Aİ-dən idxala 30 faizlik gömrük rüsumunun tətbiqi qərarı Brüsseldə sərt reaksiyalara səbəb olub.
Avropa Birliyi Trampın tariflərinə cavab olaraq daha əvvəl tətbiq etdiyi 10%-lik müvəqqəti tarifləri genişləndirmək və yeni cavab tədbirləri görməyə qərar verib.
Avropa Komissiyası ABŞ-nin idxalına cavab rüsumlarının ikinci paketinin layihəsini yekunlaşdırıb.