EN

Mübahisəli adalar böhranı: Cənubi Koreya Yaponiyaya xəbərdarlıq etdi

Cənubi Koreya Yaponiyanın mübahisəli Dokdo və ya Takeşima adaları ilə bağlı suverenlik iddiası qaldırmasına reaksiya verib.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi "Hökumət Yaponiyanın Dokdo üzərində ədalətsiz suverenlik iddiasını təkrarlamasına şiddətlə qarşıdır" deyə yazılı açıqlama verib.

Açıqlamada adaların tarixə, coğrafiyaya və beynəlxalq hüquqa əsaslanaraq Cənubi Koreyaya aid olduğu vurğulanıb və Yaponiya dərhal bu iddialardan əl çəkməyə çağırılıb.

Bəyanatda həmçinin Yaponiyanın Dokdo ilə bağlı istənilən təxribatına sərt cavab veriləcəyi barədə xəbərdarlıq edilib. Bununla yanaşı, Cənubi Koreya hökumətinin gün ərzində Yaponiyanın Seuldakı səfirliyindən bir səlahiyyətli çağıraraq rəsmi etirazını bildirməsi gözlənilir.

Chosen
84
50
publika.az

10Sources