EN

İtaliyanın Sardiniya adasında 20 fərqli yerdə meşə yanğınları baş verib

İtaliyanın Sardiniya adasında irili-xırdalı 20 meşə yanğını baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, adanın mərkəzi şəhərciyində yerləşən Barumini kənd ərazisində yanğınla bağlı vəziyyət xüsusilə ciddidir, iki yanğınsöndürən təyyarə və bir neçə helikopter havadan yanğınsöndürmə səylərində iştirak edir.

Yanğın çəmənliklərə, eləcə də əkin sahələrinə və bəzi təsərrüfatlara təsir edib. Yanğınsöndürmə səylərinin sərt relyef və təsirlənmiş ərazinin böyüklüyünə görə çətin olduğu bildirilir.

İtaliyada bu il meşə yanğınlarından ən çox zərər çəkən bölgələrdən biri olan Sardiniya adasında iyulun 10-da Trambukkonda baş verən yanğın səbəbilə Olbia Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Adanın şimal-şərqindəki Maddalena turizm kurortunda iyulun 8-də baş verən yanğın səbəbindən bəzi evlər boşaldılıb.

Chosen
111
operativmm.az

1Sources