EN

Səfir: 15 iyulda Azərbaycanın Türkiyəyə güclü dəstəyini xatırlayırıq

Bu gün tarixi gündür. 15 İyul – Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır.

Bakues.az xəbər verir ki, bunu Türkiyə Səfirliyində “15 iyul – Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

Səfir 15 iyul çevrilişə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladıb: “Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyev sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Gələcək nəsillərə bu böyük mübarizəni ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına Türk millətinin birlik və bərabərliyindən nə olursa-olsun vaz keçməyəcəyini ən sağlam şəkildə bir daha ortaya qoydu. Əzəldən hür yaşayan millətin nümayəndələri kimi, sahib olduğumuz dəyərlərə bağlı olduğumuzu bütün dünyaya göstərdik”.

Chosen
7
16
icma.az

10Sources