AZ

"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri


Bu gün tarixi gündür. 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi idi. Zəfərin adı Türkiyədir. Bu zəfər hamımızındır.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfirliyində “15 İyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində səfir Birol Akgün söyləyib.

Səfir 15 iyul çevrilişinə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladaraq deyib: “Xain çevrilişə cəhd zamanı Prezident İlham Əliyevin sözləri ilə can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq. Bu böyük mübarizəni gələcək nəsillərə ötürməyimiz çox mühümdür. 15 iyul qəhrəmanları canları bahasına türk millətinin birlik və bərabərliyindən imtina etməyəcəklərini qəti şəkildə bir daha ortaya qoydular. Tarixən azad yaşayan millətin nümayəndələri kimi sahib olduğumuz dəyərlərə bağlılığımızı bütün dünyaya göstərdik”.

ZÜMRÜD

Seçilən
12
16
baki-xeber.com

10Mənbələr