EN

Günəşli və isti bir yay günü...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 36-40, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacağı ehtimal edilir.

Q.QASIMOV
XQ

Chosen
58
49
xalqqazeti.az

10Sources