EN

Tramp Zelenskini Moskva və Sankt-Peterburqa təzyiqi artırmağa çağırıb

ABŞ prezidenti Ukrayna liderindən Rusiya ərazisinə daha sərt zərbələr endirməyi tələb edib…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp keçən həftə Ukrayna prezidenti Volodimir Zelenskidən niyə Ukrayna Silahlı Qüvvələrinin Moskva şəhərinə zərbə vurmadığını soruşub. Zelenski isə buna cavab olaraq Vaşinqtonun Kievə lazımi silahları verməsi halında belə bir əməliyyatın mümkün olduğunu bildirib. Bu barədə ABŞ-ın "The Washington Post" qəzeti müxbiri Devid İqnatiusun mənbələrinə istinadla məlumat verib.

Məlumata görə, Tramp Moskva ilə yanaşı Sankt-Peterburqa da təzyiqin gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun Rusiya ilə bağlı mövqeyi üç əsas səbəbdən sərtləşib: birincisi, Vladimir Putinin atəşkəs çağırışını gözardı etməsini hörmətsizlik kimi qiymətləndirməsi; ikincisi, ABŞ-ın B-2 bombardmançıları və Tomahawk raketləri vasitəsilə İran hədəflərinə uğurlu zərbələr endirməsini görməsi; üçüncüsü isə Trampın fikrincə, Rusiya prezidenti ancaq daha böyük güc təhdidi qarşısında danışıqlara razılaşacaq. Buna görə də Tramp “eskalasiyanı deeskalasiya üçün” bir vasitə hesab edir.

Dünən Tramp Kievə avropalı müttəfiqlərin maliyyələşdirməsi ilə silah tədarükünü başlatmağı və Ukraynada sülh əldə olunmazsa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı “çox sərt” 100% gömrük rüsumları tətbiq etməklə hədələyib. ABŞ Dövlət Departamenti isə prezidentin prioritetinin danışıqlar yolu ilə dayanıqlı sülh əldə etmək olduğunu təsdiqləyib.

Poliqon.info

Chosen
78
poliqon.info

1Sources