EN

Bakıda avtomobil skuteri vurdu

Bakının 8 Noyabr prospektində, "Nargilə" kafesinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.

İşıqforla tənzimlənən piyada keçidinin üzərində "Honda Civic" markalı minik avtomobili elektrikli skuteri vurub.

Hadisə nəticəsində skuterdə olan şəxsin xəsarət aldığı deylir.

Avtomobilin ön hissəsində ciddi deformasiya müşahidə olunub.

Əraziyə yol patrul xidməti cəlb olunub, hadisənin səbəbləri araşdırılır.

Chosen
11
far.az

1Sources