EN

Beyonsun yayımlanmamış mahnıları ilə sərt diskləri oğurlanıb

Amerika polisi müğənni Beyonsun yayımlanmamış trekləri olan sərt diskləri olan iki çamadanı oğurlayan şəxsi axtarır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Atlanta Polis Departamentinə istinadən ABC televiziya şirkəti məlumat yayıb.

“İlkin araşdırma zamanı məlum olub ki, “Jeep Wagoneer” markalı avtomobil hadisə yerində sındırılıb və iki çamadan oğurlanıb”, - deyə polisdən bildirilib.

Televiziya şirkətinin məlumatına görə, müğənni hazırda Kovboy Karter turundadır.

Chosen
28
3
ucnoqta.az

4Sources