ABŞ-da müğənni Beyonsenin yayımlanmamış musiqilərinin yazıları olan sərt disklər oğurlanıb.
Yenisabah.az xəbər verir ki, məlumatı Atlanta polisinə istinadən ABC News yayıb.
Mövcud məlumatlara görə, cinayətkar müğənninin xoreoqrafına məxsus avtomobilə girərək Beyonsenin çıxışları ilə bağlı məxfi materialların, o cümlədən yayımlanmamış musiqilərin və gələcək çıxışları ilə bağlı planların olduğu iki çamadanı oğurlayıb. pizza mizza
Araşdırmalar nəticəsində polis oğrunun şəxsiyyətini müəyyən edə bilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Lakin cinayətkar hələ də tutulmayıb.
Beyons hazırda qastrol səfərindədir. İyulun 14-də o, Atlantada son konsertini verib, oradan Las Veqasa gedəcək./Musavat.com
Telegram kanalımız