EN

Hər oyunda 40 min tamaşaçı: KDÇ-də ən çox bu komandaya maraq olub

ABŞ-da klublararası dünya çempionatı başa çatdı. Finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən “Çelsi” turnirin qalibi oldu.

Publika.az xəbər verir ki, artıq turnirlə bağlı statistik məlumatlar paylaşılır.

Həlledici qarşılaşma “MetLife Stadium”da baş tutub və tribunalara 81 118 tamaşaçı toplaşıb.

Bu, turnirdə ən yaxşı nəticədir. Tamaşaçıların sayına görə ilk üçlüyə həmçinin PSJ – “Atletiko” (80 619) və PSJ -“Real” (77 542) oyunları da daxildir.

Matçlarda orta tamaşaçı sayı 39 557 nəfər, ümumilikdə 2,49 milyon olub. Azarkeşlər stadionlardakı mövcud yerlərin təxminən 62%-ni doldurublar.

Chosen
16
11
publika.az

10Sources