EN

Ronaldonun yeni baş məşqçisi həmyerlisi oldu

Portuqaliyalı mütəxəssis Xorxe Xesus Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun baş məşqçisi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, 70 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb. 

O, bu postda italiyalı Stefano Piolini əvəzləyib.

Qeyd edək ki, Xesus mayda digər Ərəbistan klubu “Əl-Hilal”ın baş məşqçisi postunu tərk edib.

Chosen
25
1
qafqazinfo.az

2Sources