EN

NATO Putinin ABŞ-nin bəyanatlarına cavabını gözləyir

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Rusiya Prezidenti Vladimir Putindən amerikalı həmkarı Donald Trampın son açıqlamalarına cavab gözlədiyini bildirib.

Bakues.az xəbər verir ki, söhbət ABŞ Prezidentinin Ukraynaya hərbi yardım və Rusiyanın ticarət tərəfdaşlarına potensial yeni gömrük tarifləri ilə bağlı bəyanatlarından gedir.

M.Uitaker “Fox News”-a deyib: “Təbii ki, Putin bunlara reaksiya verəcək. Özü də təkcə Amerika silahlarının Avropanın hesabına ukraynalılar üçün əlçatan olmasına yox, həm də Çin, Hindistan və rus neftini alan digər ölkələrə tətbiq edilən tariflərə də münasibət bildirəcək”.

M.Uitaker hesab edir ki, Trampın Ukraynaya hərbi təchizat üçün maliyyəni avropalı müttəfiqlərdən almaq təşəbbüsü Ukrayna böhranının həlli istiqamətində “növbəti böyük addım” ola bilər.

Xatırladaq ki, Ağ Ev rəhbəri Rusiyanın Ukrayna ilə 50 gün ərzində sülh razılaşması imzalamayacağı təqdirdə 100% həcmində mümkün sanksiyalar barədə xəbərdarlıq edib.

Chosen
24
1
icma.az

2Sources