EN

Washington Post: Tramp Putinə strateji üstünlük qazandırır

Trampın Rusiya-Ukrayna münaqişəsinin həll edilməsi üçün Putinə verdiyi 50 gün Rusiya prezidentinə strateji üstünlük verir: mövqelərini möhkəmləndirmək, Avropaya təzyiq göstərmək, Çin və Şimali Koreya ilə hərbi yaxınlaşma üçün.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" yazır.

Nəşr qeyd edir ki, Tramp "Ukrayna ilə bağlı siyasətinin yeni parametrlərini təqdim edib", lakin müşahidəçilər vurğulayır ki, strategiyanın əsasında ənənəvi yubatma taktikası qalır: "Səs-küylü bəyanatlar, onların ardınca isə adətən qətiyyətli addımlar atılmır. Bu taktika Putinə strateji üstünlük verir. Bu, dönüş nöqtəsidir, yoxsa növbəti yubatma, hələ də sual altında qalır".

Chosen
73
38
report.az

10Sources