EN

"Real" yeni transferini açıqladı

style='margin-bottom:10px;'>

"Real" "Benfika"dan futbolçu Alvaro Karrerasın transferini rəsmən açıqlayıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisi İspaniya təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

Karreras "Real"ın yetirməsidir. O, ötən yay İngiltərənin "Mançester Yunayted" klubundan 6 milyon avroya Portuqaliyanın "Benfika" komandasına keçmişdi.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə əsasən, bu transfer Madrid klubuna 50 milyon avroya başa gəlib.

Chosen
42
3
teleqraf.com

4Sources