AZ

Alvaro Karreras rəsmən “Real”da

“Real” “Benfika”dan futbolçu Alvaro Karrerasın transferini rəsmən açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisi İspaniya təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

Karreras “Real”ın yetirməsidir. O, ötən yay İngiltərənin “Mançester Yunayted” klubundan 6 milyon avroya Portuqaliyanın “Benfika” komandasına keçmişdi.

Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə əsasən, bu transfer Madrid klubuna 50 milyon avroya başa gəlib.

Seçilən
22
3
qafqazinfo.az

4Mənbələr