EN

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı TƏKLİF - İrəvan narahatdır

ABŞ Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

Tomas Barrak Ermənistanla Azərbaycan arasında uzanan mübahisədən danışarkən Naxçıvanı Azərbaycanın digər hissəsi ilə birləşdirən yolun Amerikanın nəzarəti altında olacaq Sünik bölgəsindən keçməsini təklif edib.

Teleqraf.az-ın məlumatına görə, Ermənistan mətbuatı T.Barrakı tənqid edir. Bildirilir ki, səfir söhbətin Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən - Sünik bölgəsindən getməsi ilə bağlı heç bir qeyd-şərt qoymayıb ki, bu da əslində suverenliyin məhdudlaşdırılması deməkdir.

Erməni mətbuatı son bir ayda iki ölkə arasında dəhliz məsələsində ABŞ-ın iştirakı mövzusunun aktiv şəkildə gündəmə gətirildiyini qeyd edir.

Bir müddət əvvəl Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Ermənistanın "dəhlizin beynəlxalq quruma həvalə edilməsinin" məqbul olduğunu bildirmişdi.

Chosen
19
6
publika.az

7Sources